“CAN AZƏRBAYCAN” RESPUBLİKA QRAFİKA VƏ AKVAREL YARADICILIQ MÜSABİQƏSİNİN QALİBLƏRİNİN MÜKAFATLANDIRMASI
“Can Azərbaycan” Respublika qrafika və akvarel yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırması və Xətai Akvarel Qalereyasının açılışının təqdimat mərasimi keçirildi.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan olunmuş “Can Azərbaycan” Respublika qrafika və akvarel yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırması və Xətai Akvarel Qalereyasını açılışının təqdimat mərasimi 2021-ci il 27 aprel tarixində Xətai Sənət Mərkəzində baş tutdu.
Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi igidlik, azərbaycançılıq məfkurəsi və milli birliyimizin təsvir müstəvisində nümayişi ,həmçinin akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq və təsviri sənətin bu istiqamətlərində çalışan rəssamların yaradıcılığında Azərbaycanın tərənnümü məqsədi ilə keçirilən müsabiqəni giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq, tədbir iştirakçılarını salamladı və tədbirin əhəmiyyətindən danışdı. Çıxış edən Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov tədbirə dəstək olan tərəfdaşlara, seçim heyyətinə və tədbirə əsər göndərən hər kəsə təşəkkür etdi. Söz alan İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin köməkçisi Səbinə xanım İskəndərli akvarelin özəlliklərindən danışdı və mükafatlandırma mərasimi oldu.
Akvarel sənəti üzrə qaliblər:
I yer – Hafiz Kərimov
II yer – Fatma Kılıç
III yer – Feyzi Məmmədov
Qrafika sənəti üzrə qaliblər:
I yer – Elmir Məmmədov
II yer – Günel Quliyeva
III yer – Əbülfəz Fərəcoğlu
Həvəsləndirici mükafat 5 yer
Xanlar Əsədullayev
Gülşən Baxşəliyeva
Naibə Vəliyeva
Zeynəb Yaqubova
Leyla Vazehi
Nəzərinizə çatdırırıq ki,əsəri sərgilənən qrafika və sulu boya rəssamlarımız sertifikatlarını Xətai Sənət Mərkəzindən götürə bilər.
Tədbirin sonunda qonaqlar yeni yaradılmış Xətai Akvarel Qalereyası ilə tanış oldular.
Tədbir TƏBİB qaydalarına uyğun olaraq keçirildi.
Nəzərinizə çatdıraq ki, “Can Azərbaycan” müsabiqəsinin yekun sərgisi Azərbaycan Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin online hesablarından izləmək mümkündür.