Tədbirlər

YURDUMUZA BAHAR GƏLİR

 “YURDUMUZA BAHAR GƏLİR” ADLI RESPUBLİKA UŞAQ RƏSM MÜSABİQƏSİ ELAN EDİLİR.


Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində gənc nəsildə milli adət-ənənələrimizə hörmət hissini aşılamaq və milli bayramımız olan Novruzun daha dərindən dərk olunması və gələcək nəsillərə ötürülməsi məqsədi ilə ənənəvi “YURDUMUZA BAHAR GƏLİR” adlı Respublika Uşaq Rəsm Müsabiqəsi elan edilir.

Müsabiqədə iştirak etmək üçün www.xsm.az saytında tədbirlər bölümündəki “Yurdumuza   bahar  gəlir” afişasına toxunmaq və ya  Tarix Bitmişdir  linkinə daxil olub 1 və ya 2 əsərinizin fotosunu daxil edib göstərilən anketi doldurmaqla qeydiyyatdan keçmək

tələb olunur.

Qeydiyyat 2  mart 2021-ci ilədək aparılacaq.

  • Seçim üç yaş kateqoriyası üzrə keçiriləcək:
  • 12 yaşa qədər, 12-17 yaş arası, 17-21 yaş arası
  • Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək.
  • Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
  • Uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və yeni yaradılmış əsərlərin təqdim olunmasını arzu edirik.
  • I turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqlar.

Müsabiqə seçimlərindən narazı olan iştirakçılar (müəllim, valideyn  və şagird) seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində [email protected] mail adresinə müraciət edə bilərlər.

Təşkilat komitəsinin təyin etdiyi müəyyən bir zamanda gəlib seçim komissiya üzvünün nəzarətində özünü təsdiq edə bilər.

    Mükafatlandırma fondu 

  • Ən fəal 1 tədris müəssisənin kollektiv sərgisi
  • Seçilmiş 10 əsərin müəlliflərinin qrup sərgisi

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

Qeyd: Tədbir “COVİD-19” infeksiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri aradan qaldırılarsa adi qaydada  əks təqdirdə onlayn davam etdiriləcəkdir.

Mətbuat dəstəkçiləri:  Azərtac, LiderTV, Olaylar, Mədəniyyət qəzeti, Edumap, Eduonline.az, Frame.az və Tanışolaq jurnalıdır.

Sərgi Xətai Sənət Mərkəzində keçiriləcəkdir.

Ətraflı: http://azgallery.az/az/announce/165