img-blur-shadow-blog-2
Haqqımızda

XƏTAİ SƏNƏT MƏRKƏZİ

Dövlətimiz ölkəmizin dünya miqyasında tanınması, həmçinin Azərbaycan imicinin formalaşması istiqamətində həm ölkədaxili, həm də xaricdə silsilə tədbirlər həyata keçirir ki, bütün bunlar uşaqlarda və gənclərdə vətənpərvərlik ruhunun, intelektual səviyyənin, idman və bədii zövqün formalaşması istiqamətində öz tövhəsini verir və şübhəsiz ki, bütün bunlar mükəmməl bir gəncliyin əlalxüsus cəmiyyətin formalaşmasına xidmət edir.

Bunun nəticəsi olaraq, qloballaşan cəmiyddyətimizdə bir çox yeni təlim-tədris müəssisələri ilə yanaşı qalereyalar, sənət evləri və müxtəlif yaradıcılıq məkanları formalaşmağa başlamışdır. Xətai Sənət Mərkəzidə yaranmış bu münbit şəraitin nəticəsir.

img-blur-shadow-blog-2

Xətai Sənət Mərkəzi 2008-ci ildən fəaliyyət göstərir. Mərkəz üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə rəsm çərçivəsi sifarişlər üçün nümunə stendi, rəssam üçün avadanlıqlar, asqı sistemləri, milli suvenirlər, posterlər, dekorasiya elemetləri təqdim olunur. Mərkəzin ikinci və üçüncü mərtəbələri isə rəsm qalereyasıdır. Burada milli koloritliyi ilə fərqlənən Azərbaycan rəssamlarının əsərləri sərgilənir. Həmçinin mərkəzin ikinci mərtəbəsində yaşından asılı olmayaraq, hər kəsin qatıla biləcəyi rəssamlıq kursu fəaliyyət göstərir.

Rəsm əsəri bir zövq göstəricisidir…

Evlərində, ofislərində, bağ evlərində asılan əsərlər zövq oxşamalı, nostalji hissı yaratmalıdır. Hər bir əsərə baxanda həm rəssam, həm əsərin sahibi, həmdə əldə edildiyi qalereya diqqət çəkir. Çünki qalereya rəssamla alıcı arasında vasitə rolunu oynayır.

  • Kollektiv işin əsasıdır…

Əsasən gənclərdən ibarət olan kollektivimiz bir neçə kateqoriyaya ayrılır ki, bunlar sifarişi qəbul edən, işin ilkin hazırlığını həyata keçirən və sifarişi tamamlanması ilə məşğul olan. İstər usta heyyəti, istərsə də mərkəzimizin qonaqları ilə ilgilənən heyyətin əksəriyyəti 10 ildən artıqdır ki, bizimlədirlər. Buda bizə hər işin öhtəsindən gələ bilən çox əzmkar, zəhmətkar, gülərüz, xoşniyyətli, səmimi bir kollektivimiz var deməyə əsas verir. Əlbətdə ki, bu cəmiyyətdə formalaşmış fikirdir.

  • Sənət Mərkəzi obrazı…

Mərkəzimizə həm ziyarətçi qismində, həm də alıcı kimi xarici turistlər,şəhərimizin qonaqları, sənətsevərlər və o cümlədən, həmvətənlərimiz təşrif buyururlar. Müxtəlif sərgilərin və mədəniyyət tədbirlərinin təşkili, rəsm əsərlərinə maraq yaratmaq üçün müxtəlif təşkilatlarla əlaqəli iş mərkəzə gələnlərin sayını günü-gündən artırır. Qeyd emək olar ki, mərkəzə təşkil olunan ekskursiyalar da uşaqların estetik və bədii təfəkkürünün formalaşmasına böyük təkan verir.

Ölkəmizə turistlərin axını mərkəzdən də yan keçməmişdir. Turistlərin buraya cəlb olunması, indi mərkəz kollektivinin ən ümdə vəzifələrindən biridir. Burada qədim əşya, milli suvenir, heykəl, rəsm əsəri, milli poster, çərçivə sifarişi, rəssamlıq ləvazimatlarının bir məkanda olması bir sənət mərkəzi obrazını formalaşdırır.