Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası  və Xətai Sənət Mərkəzinin təşkilatçılığı  ilə gənc nəsildə milli adət-ənənələrimizə hörmət və milli bayramımız olan Novruzun daha dərindən   dərk olunması və gələcək nəsilə ötürülməsi məqsədi ilə ənənəvi 

           “YURDUMUZA BAHAR GƏLİR”

 adlı respublika uşaq rəsm müsabiqəsi elan edir.

.

 Müsabiqədə iştirak etmək üçün www.xsm.az saytında tədbirlər bölümündəkiYurdumuza   bahar  gəlirafişasına toxunmaqlavə ya  http://xsm.az/site/yurdumuzabahargelir/  linkinə daxil olub 1 və ya 2 əsərinizin fotosunu daxil etməklə göstərilən anketi doldurmağınız tələb olunur.

  • Qeydiyyat 2020  il  mart  ayınının   2-ə  qədər aparılacaq.
  • Seçim iki yaş kateqoriyası üzrə keçiriləcək: 12 yaşa qədər, 12-17 yaş arası
  • Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək.
  • Seçim zamanı kənar (müəllim,valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək.
  • Müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
  • Öncə sərgilənməmiş – yeni əsərlər görmək istərdik.
  • Unutmayın ki,  bu  bir  məşğuliyyət  növüdür!
  • I turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqdır.

Mükafatlandırma fondu

  • Ən  fəal 1 tədris müəssəsinin kollektiv sərgisi
  • Seçilmiş 10 əsərin müəlliflərinin qrup sərgisi

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq

          Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.