Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası  və Xətai Sənət Mərkəzinin təşkilatçılığı  ilə gənc nəsildə milli adət-ənənələrimizə hörmət və milli bayramımız olan Novruzun daha dərindən   dərk olunması və gələcək nəsilə ötürülməsi məqsədi ilə ənənəvi  olaraq  keçirilən “YURDUMUZA BAHAR GƏLİR” adlı Respublika uşaq rəsm müsabiqəsi başa çatmışdır.
      Müsabiqəyə ölkəmizin müxtəlif guşələrindən 1300-ə qədər uşaq və yeniyetmə 2000-dən çox əsəri ilə qatılmışlar.

      Çəkilmiş əsərlərdə uşaqlar əsasən yazın gəlişini, baharı qarşılamaq üçün hər bölgənin xüsusiyyətlərinə uyğun keçirilən bahar şənliklərini, adət-ənənələrimizi təsvir etməyə çalışmışlar.
     Nəzərinizə çatdıraq ki, ilkin seçimlərdən 500-ə yaxın uşaq hər biri 1 əsəri ilə sərgidə iştirak etmək haqqı qazanmışdır.
     Müsabiqədə ən azı 7 üzvü ilə təmsil olunan tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.), o cümlədən, Lənkəran şəhər Uşaq Rəssamlıq məktəbi, Balaxanı mədəniyyət evi, 2saylı UGİM, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi, 108 saylı tam orta məktəbi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, Sumqayıt şəhər 1 saylı UGİM,   4 saylı UİM, 2 saylı UİM, Pozitiv Kids Studio, Abşeron Buzovna Art studiya, Qazax Rəsm Qalereyası, Elfim Tədris mərkəzi, Respublika UGİM təşəkkürnamə ilə, əsəri sərgilənən müəlliflər diplomla təltif olunacaq.

      Müsabiqədə iştirak etmək üçün www.xsm.az saytında tədbirlər bölümündəki “Yurdumuza bahar gəlir” afişasından və ya http://xsm.az/site/yurdumuzabahargelir/  linkinə daxil olub 1 və ya 2 əsərinin fotosunu daxil etməklə göstərilən anketi doldurmaqla qatılmışlar.

      Reqlamentə uyğun olaraq, əsərinə daha az müdaxilə olunmuş (müəllim və ya valideyn tərəfindən), yaşı, duyğu və düşüncələri nəzərə alınmaqla düzgün kompozisiya və ideya əsas götürülməklə seçim edilmişdir.
      Əsəri ikinci tura seçilmiş iştirakçıların siyahısı, Xətai Sənət Mərkəzinin facebook, instagram səhifələrində, həmçinin www.xsm.az saytının elanlar bölümündə təqdim olunacaq. 

      Müsabiqə elan olunan zaman 12 yaşa qədər və 12-17 yaş arası nəzərdə tutulmuş iki ayrı sərgi məlum “koronavirus epidemiyası” səbəbindən təxirə salınaraq 18 mart 2020-ci il tarixindən etibarən, Xətai Sənət Mərkəzinin facebook, instagram səhifələrində, həmçinin www.xsm.az saytının tədbirlər bölümündə “Yurdumuza bahar gəlir” vertual olaraq sərgilənəcəkdir.

 Qeyd: Diplom və təşəkkürnamələri mart ayının 24-dən sonra Xətai Sənət Mərkəzindən əldə edə bilərsiz.