Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində “Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq suluboya festivalı çərçivəsində keçirilən növbəti tədbirini suluboyaçı rəssam İlham Məhərrəmoğlu ilə açıq elan olundu.

Rəssam canlı yayımda sulu boya haqqında fikirlərini bölüşməklə bərabər iki əsər “Narlar“ natürmortu və “Yelkənlər” əsərini ərsiyə gətirdi.

Nəzərinizə çatdıraq ki, akvarel sevərlər ustad dərsini 11 sentyabr saat 12:00-da Xətai Sənət Mərkəzinin sosial media hesabları (facebook-Xetaisenetmerkezi, instagram-@xetaisenetmerkezi) səhifələri üzərindən canlı yayımla izlədilər və canlı yayımla izləyə bilməyənlər və həvəskarlar Azərbaycan Dövlət Rəsm Qalereyası www.azgallery.az və Xətai Sənət Mərkəzinin www.xsm.az saytlarına daxil olmaqla, həmçinin facebook,instaqram və youtube üzərindən (https://youtu.be/aK-VvyPEk0g) linkinə daxil olmaqla izləyə bilərlər.

Xatırladaq ki, festival suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan yerli və xarici rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə həyata keçirilir.

Nəzərinizə çatdıraq ki, ustad dərslərinin növbəti qonağı rəssam Səbinə İskəndər öz yaradıcılığını sulu boya həvəskarlarına təqdim edəcək.