Müasir Azərbaycan incəsənətinin əsas növlərindən olan qrafikanın  rolunu və mövqeyini genişləndirmək, mədəni ictimaiyyətin diqqətini bu sənət növünə cəlb etmək, qrafika sənəti ustalarının yaradıcılığını təbliğ etmək və rəssamların bu sahəyə intensiv   müraciət etmələrini stimullaşdırmaq  məqsədi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində  elan  olunmuş   “Azərbaycan təsviri sənətində qrafika dünən və bugün” adlı respublika rəsm müsabiqəsinin yekun sərgisi “Qrafika 2019” adı altında  8 yanvar 2019-cu il  Xətai Sənət Mərkəzində açıldı.

Müsabiqəyə 380-dan çox  qrafika və qrafika  yönlü əsərlər təqdim  olunmuş və 76 əsər seçilərək  ikinci turda sərgiləndi. Nəzərinizə çatdırırıq  ki, bu  əsərlər  arasından                                                                                                           I YERƏ  – Əbülfəz Fərəcoğlu 

II YERƏ  – Fəxrəddin Qəhrəmanlı

III YERƏ  –  Mais Əliyev  layiq görüldü.

Həmçinin,  6  əsər

HƏVƏSLƏNDİRİCİ YER  –  Nərgiz  Abdullayeva

HƏVƏSLƏNDİRİCİ YER – Vəfa Allahyarova

HƏVƏSLƏNDİRİCİ YER – Rəfail Əlizadə

HƏVƏSLƏNDİRİCİ YER –  Niyaməddin Qocayev

HƏVƏSLƏNDİRİCİ YER – Daniela Perera

HƏVƏSLƏNDİRİCİ YER – Xatirə Həsənzadə layiq görüldü.      

Bundan başqa nominasiya üzrə mükafatlanmada

Ən yaxşı  kompozisiya – Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyi  –  Kənan Sərkəzov

Ən yaxşı kitab qrafikasına görə –  Azərbaycan Rəssamlar İttifaqı  – Elmira Durmuşova

Ən yaxşı  dəzgah qrafikasına görə – Azərbaycan Dövlət Rəssamlıq Akademiyası  -Sevinc Quliyeva

Ən yaxşı  icra texnikasına görə – Azərbaycan Dövlət Rəsm  Qalereyası  – Kübra Binnetova

Tarixi mövzuda işlənmiş qrafikaya görə – Azərbaycan Dövlət Rəsm  Qalereyası  –  Zaur Mirzəyev

Ən yaxşı mövzu seçimi Xətai Sənət Mərkəzi  – Adil Əsədli

Ən yaxşı avtoportret nominasiyası  – “Sənətşünaslığın təbliği” İctimai Birliyi  – Yaylagül Ramazanova

Sərgi 2019-cu il 8-14 yanvar  tarixlərini  əhatə edəcək  və davam etdiyi müddətcə müxtəlif tədbirlər, o cümlədən,  10 yanvar  saat  12:00-da  mətbəə  işçiləri ilə görüş, 12  yanvar  saat  17:00-da gənc qrafiklərlə görüş  olacaq.  Nəzərinizə çatdıraq ki, sərginin kataloqunun çapı nəzərdə tutulmuşdur. Sərgidə   ilk  turu  keçmiş  əsərlərlə  yanaşı klassik qrafiklərin əsərləri, o cümlədən, Səttar Bəhlulzadə,Ələkbər Rzaquliyev, Maral Rəhmanzadə, Rafiq  Mehtiyev, Arif  Ələsgərovun əsərləri təqdim olundu. Günümüzün korifeylərindən Arif  Hüseynov, Əbdül  Şərif, Arif  Əziz ,  Elturan Ovalov, Cəlal Ağayev,  Rəsul Hüseynov, Rəfail  Muradov, Aytən Şirzadova, Bayram Qasımxanlının əsərləri nümayiş olundu. Nəzərinizə  çatdıraq  ki. müsabiqə  bütün yaş kateqoriyalarını əhatə edirdi.

Qaliblər üçün mükafatla bərabər “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında yazı dərc olunması nəzərdə tutulub.

Müsabiqənin yekun sərgisi “Qrafika 2019” adı altında  2019-cu il  8-14 yanvar Xətai Sənət Mərkəzində tamaşaçıların üzünə açıq olacaq.