• Xocalı küçəsi 62, AZ1025 Baku, Azerbaijan
  • (+994) 12 490 84 51/52/53

“VƏTƏNİM AZƏRBAYCAN” adlı Respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatdı.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyi, “Azərbaycan Televiziya və Radio Verlişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində vətənə məhəbbət hisslərini aşılamaq, Azərbaycanı gənc nəslə tanıtmaq, bugünkü vətən müharibəsində həmrəylik və birliyimizin qorunmasını, həmçinin, vətən uğrunda fədailik və şəhidlik zirvəsinə yüksələnlərin qəhrəmanlığını tabloda tərənnüm etmək, gənc rəssamların bacarıqlarını inkişaf etdirmək məqsədi ilə elan olunmuş “VƏTƏNİM AZƏRBAYCAN” adlı Respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatmışdır.

Müsabiqəyə 3 yaş qrupu üzrə – 12 yaşa qədər, 12-17 yaş arası və 17 -21 yaş  qrupları olmaqla, Respublikamızın müxtəlif guşələrindən 1000-ə yaxın uşaq və yeniyetmə qatılmışdır.

Əvvəlcədən qeyd olunduğu kimi, seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi, ideya, mövzu, kənar müdaxilə (müəllim, valideyn) nəzərə alınaraq aparılmışdır.

Nəzərinizə çatdırırıq ki, birinci turdan 500-dən çox əsər sərgilənmək üçün seçilmiş və seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri təşəkkürnamə ilə təltif olunacaq.

Tədbirə ən çox seçilən əsəri ilə Lənkəran şəhər Uşaq rəssamlıq məktəbi, Gəncə şəhər Uşaq İncəsənət məktəbi, 4 nömrəli UİM, Nizami Tədris Mərkəzi, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi, 108 nömrəli tam orta məktəb, 147 nömrəli texniki – humanitar lisey, Gəncə şəhər Uşaq Rəssamlıq məktəbi, Şəki şəhər Uşaq İncəsənət məktəbi, Masallı r Onbirillik İncəsənət məktəbi, 1 nömrəli UGİM, 5 nömrəli Uşaq İncəsənət məktəbi, Vaqif Mustafazadə adına Uşaq İncəsənət Məktəbi, Mübariz ibrahimov adına Tədris mərkəzi, ƏSRA tədris mərkəzi, Füzuli şəhər 2 nömrəli Uşaq İncəsənət məktəb, Fikrət Əmirov adına 6 saylı 11illik incəsənət məktəbi, Palitra art, 295 nömrəli tam orta məktəb, Artartists studio, Bakı şəhəri 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi, Balakən şəhər Uşaq İncəsənət məktəbi, Qax rayon Uşaq Incəsənət Məktəbi, Qazax Dövlət Rəsm Qalereyası, Qızıl Ay İncəsənət Mərkəzi, S.Ələsgərov adına 1nömrəli Uşaq İncəsənət məktəbi, Şəki Asan xidmət rəsm kursları, Şirvan Dövlət Rəsm Qalereyası, Sumqayıt şəhəri Verbal tədris mərkəzi, Xaçmaz Şəhər Uşaq İncəsənət Məktəbi, 70 nömrəli məktəb-lisey, Xətai Sənət Mərkəzi, Xocavənd 2 nömrəli tam orta məktəb, Zehra art studio və bir çox uşaq yaradıcılıq mərkəzlərinin adlarını qeyd etmək olar. Qeyd etmək istərdik ki, ən az 4  üzvü seçilən kollektivlərin adlari qeyd olunmuşdur.  Həmçinin, ölkəmizin bir çox fərqli guşələrindən gənc dostlarını müsabiqədə iştirak  etmişlər.

Ən yaxşı 21 əsərin müəllifləri aşağıda qeyd olunmuşdur.

  • Yaqub Əliyev Bəxtiyar – 1 nömrəli UGİM nəzdində nəzdində Təsviri Sənət Qalereyası
  • Kübra Aslanova Həsən – Sumqayıt şəhər 1 nömrəli UGİM
  • Mədinə Məmmədzadə Nadir – Lənkəran Şəhər Uşaq rəssamlıq məktəbi
  • Məmmədli Nihad Azad – 201 №-li tam orta məktəb Palitra Art Studiya
  • Abasli Mehin Rufet – V.Mustafazadə adına N2 Uşaq İncəsənət Mərkəzi
  • Abbaszadə Aydan Hacı – G. Əliyeva adına 3 UİM
  • Abdullayev Elmar Vəli – G. Əliyeva adına 3 UİM
  • Alagöz Əlizadə Xəzri – Qax rayon Uşaq Incəsənət Məktəbi
  • Aliyə Tomtiyeva Asif – Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
  • Arifə Kərimova Arif – Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
  • Aytac Ağayeva Tərlan – 1 nömrəli UGİM nəzdində Təsviri Sənət Qalereyası
  • Nəcəfli Ayaz Elçin – 3 saylı UGİM
  • Məmmədova Rüqəyya Namiq – Gəncə şəhər Uşaq Rəssamlıq məktəbi
  • Nəcəfova Xumar – 4 nomreli Uşaq Incəsənət Məktəbi
  • Nuray Babayeva Kamal – Palitra art studiyası
  • Nicat Əsgərli  İlqar – 108 nömrəli tam orta məktəb
  • Nərgiz Babayeva Elxan – 108 nömrəli tam orta məktəb
  • Səbinə Axundova Eldəniz – Şəki Asan xidmət rəsm kursları
  • Əyyubova Minə Rəfael – Ucar  r-n Kücəkənd kənd umumi orta məktəbi
  • Aytən Məmmədova Xaliq – Xətai Sənət Mərkəzi

 Nəzərinizə çatdıraq ki, iştirakçılar www.xsm.az saytında tədbirlər bölümündəki “Vətənim  Azərbaycan   anketini doldurmaqla qoşulublar.  

Mətbuat dəstəkçiləri: Azərtac, LiderTV, Olaylar, Mədəniyyət qəzeti, Edümap,Eduonline.az, Frame.az və Tanışolaq jurnalıdır.

Məlum səbəblərə görə  sərgi onlinə davam etdiriləcək və

Onlayn sərgini https://www.yumpu.com/xx/document/read/65248300/vtnim-azrbaycan-musabiqesinin-yekun-onlayn-sergi-2020-2021-yenii

linkinə daxil olmaqla və ya Azərbaycan Dövlət Rəsm Qalereyası www.azgallery.az  və Xətai Sənət Mərkəzinin www.xsm.az saytı vasitəsilə izləmək mümkündür.