Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası  və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə XX əsr tarixinə “Əsrin genosidi” kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaq məqsədi ilə “ŞƏHİD ŞƏHƏR” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilir.

Müsabiqədə iştirak etmək üçün www.xsm.az saytında tədbirlər bölümündəki“Şəhid şəhər” afişasına toxunmaqlavə ya  https://xsm.az/site/sehidseher/  linkinə daxil olub 1 və ya 2 əsərinizin fotosunu daxil etməklə göstərilən anketi doldurmağınız tələb olunur.

Çəkilmiş əsərlərdə daha çox həmrəylik, əzmkarlıq, vətən sevgisi, azadlıq hisslərinin təsviri kimi səhnələri görmək istərdik.

  • Qeydiyyat 2020-ci il fevral ayının 2-nədək aparılacaq.

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq

          Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.