Bu gün uşaq və gənclərimizin inkişaf edib formalaşmasında mədəniyyət evlərinin, incəsənət mərkəzlərinin, yaradıcılıq dərnəklərinin rolu böyükdür.
Belə məkanlardan biri də Xətai Sənət Mərkəzidir. Mərkəzdə rəssamlıq sənəti ilə bağlı bir çox xidmətlərilə yanaşı, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası da
fəaliyyət göstərir.

Dərnəyimizin balaca balalarımızın rəsmə baxışının və əl qabiliyyətinin formalaşmasında, həmçinin, şagirdlərin tələbə adını qazanmasında xidməti vardır.
Dərslər Azərbaycan Rəssamlar İttifaqının üzvüləri, qrafik rəssam Əbdüləli Şərifov və rəngkar Röya Əvəzova tərəfindən həyata keçirilir.