Qonaq əzizdir…
Bəzən gələn qonaq daha dəyərli olur. Bu mühitdən, baxış dairəsindən, şəxsi münasibətlərdən və s. aslı ola bilir. Bir sənət evinin əziz qonağı – sənət adamı, ziyalı, cəmiyyətin müəyyən sferasında öz sözünü demiş, sənəti, sənətə bağlılığı və bu kimi müsbət xüsusiyyətləri özündə əks etdirən adamlar və ya kollektivlər sayıla bilər.
Xətai Sənət Mərkəzi bir yaradıcılıq məkanı olaraq, həm vətəndaşlarımızı, həmdə şəhərimizin qonaqlarını hər zaman gülərüz və səmimmiyətlə qarşılamağa hazırdır və düşünür ki, bunun öhtəsindən laiqincə gəlir.
Siz qonaq gəlin, biz də qarşılayaq…