Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “AZƏRBAYCANIM” adlı RESPUBLIKA UŞAQ RƏSM FESTIVALININ açılış mərasimi 6 iyun 2018-ci il saat 10:00-da    Xətai    İcra  Hakimiyyətinin  həyətində   uşaqların  açıq  havada  pleneri-  sərbəst  mövzuda  şəkil  çəkməklə   başladı.Xətai  rayon    müxtəlif  musiqi  kollektivlərinin  müşayəti  ilə  başlayan   pleneri  Xətai  rayon  İcra  Hakimiyyətinin  başçısı  Razim  Məmmədov,Xətai  rayon  Yeni Azərbaycan Partiyasının  sədri Hüseynbala  Mirələmov,Azərbaycan  Rəssamlar  İttifaqının  katibi   Ağaəli  İbrahimov,Azərbaycan Dövlət  Rəsm  Qalereyasınin  Direktoru   Qalib  Qasımov,Xalq  rəssamı  Arif  Hüseynov,Xətai  Sənət  Mərkəzinin  direktoru  Zahid  Əvəzov  və  bir  sıra  rəssam  və  rəsmin  nümayəndələri “Azərbaycan Xalq Cümhuriyyətinin 100 İlliyinə həsr olunmuş bu festival haqqında öz ürək sözlərini dedilər və uşaqların plenerinə müşaiyət etdilər.

Festivalın   şəkil  çəkmə hissəsi  bittikdən  sonra uşaqlar   Mustafayev  adına  İncəsənət  muzeyinə   ekskursiyaya  getdilər. Rəngarəngliyi  ilə seçilən  günorta  yeməyindən  sonra  festivalın    musiqili bağlanışı Xətai Sənət Mərkəzində baş tutdu.