Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Qazax Rayon İcra Hakimiyyətinin, Ağstafa və Şəmkir regional mədəniyyət idarələrinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və  Xətai  Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli Xalq yazıçısı  İsmayıl  Şıxlının 100 illiyinə həsr olunmuş  Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy  rayonlarının  sakinləri olan uşaqlar, yeniyetmələr və gənclər arasında MƏN BU YURDUN ÖVLADIYAM” adlı rəsm müsabiqəsini elan edir.

Müsabiqə “İsmayıl Şıxlının 100 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2019-cu il tarixli Sərəncamının mahiyyətinə uyğun olaraq, dahi Xalq yazıçısı  İsmayıl  Şıxlının bədii irsinin təbliği Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy rayonlarının sakinləri arasında incəsənətə marağın artırılması, bölgənin mədəni həyatının zənginləşdirilməsi, əhalinin asudə vaxtının səmərəli təşkili, həmçinin vətənəpərvərlik və doğma yurda məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, uşaq və yeniyetmələrin estetik və bədii dünyagörüşünün formalaşdırılması, istedadlı uşaq və gənclərin üzə çıxarılması məqsədi ilə keçirilir.

Müsabiqəyə 29 yaşa qədər uşaq, yeniyetmə və gənclər qatıla bilər. Müsabiqədə iştirak etmək istəyənlər Ad və soyad / Təvəllüd / Əlaqə nömrəsi / Oxuduğu məktəbin adını qeyd etməklə 1 və ya 2  əsərini 2019-cu il may ayının 30-dək Qazax Dövlət Rəsm Qalereyasına (ünvan: Qazax şəhəri, Heydər Əliyev prospekti 75, əlaqə telefonu 29 51 015 ) təqdim  etməlidir

Münsiflər heyəti tərəfindən  öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən müəlliflərin əsərlərinə üstünlük veriləcəkdir. Əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və  yeni  yaradılmış  əsərlərin  təqdim  olunmasını arzu edirik.

Müsabiqə iki turdan ibarət olacaqdır.

I turdan keçmiş əsərlər əvvəlcə Qazax Dövlət Rəsm Qalereyasında nümayiş olunacaq və oradan seçilmiş əsərlərdən ibarət ikinci sərgi Bakı şəhərindəki Xətai Sənət Mərkəzində təşkil ediləcəkdir.

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq və qaliblər mükafatlandırılacaq.

I Yer  – molbert  və yağlı  boya  dəsti

II Yer  – molbert və akril  dəsti

III Yer  – planşetli molbert və sulu boya dəsti

Həvəsləndirici mükafat 10 nəfər – yağlı  boya dəsti

Müsabiqədə iştirak etmək istəyənlərə tövsiyyə olunan mövzular:

İsmayil Şıxlı irsinin təbliği, ədibin  əsərlərinə çəkilmiş illüstrasiyalar, İsmayıl Şıxlının özünün və onun əsərlərindəki, obrazlarin, həmçinin əsərlərdə qeyd məkanları təsviri həmçinin “Dəli Kür” filmindən kadrların və personajların təsviri;

Bölgəyə  məxsus sənət nümunələri (xalça, dulusçu, misgər);

Bölgəyə tarixi abidələri, yerli mətbəx nümunələri;

Qədim əşya və ya bölgə üçün xarakterik olan qədim geyimlərin təsviri;

Bölgə üçün xarakterik olan  musiqi və müxtəlif sənət alətinin təsviri;

Bu bölgədən çıxmış  dahi şəxsiyyətlərin obrazlarının təsviri;

Hərbi vətənpərvərlik mövzusu;

Yaşayış bölgəsinin, məhəllənin, küçənin, həyətin və təbiətin təsviri;