Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2021-ci il  20 aprel tarixində saat 20:00-da “Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinin yekun virtual sərgisi açıldı.

Xatırladaq ki, müsabiqə akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətlərində çalışan rəssamların yaradıcılığında Azərbaycanın tərənnümü, o cümlədən, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi igidlik, azərbaycançılıq məfkurəsi və milli birliyimizin təsvir müstəvisində nümayişi məqsədilə keçirilmişdir.

Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzi sənətsevərləri virtual sərgini sosial media hesabları vasitəsilə izləməyə dəvət edir:

https://www.facebook.com/ADRQalereya.az/videos/294514242048792

https://www.facebook.com/Xetaisenetmerkezi/videos/2571384193167124

https://www.youtube.com/watch?v=Xm43G6Q3bjU