“Can Azərbaycan” Respublika qrafika və akvarel yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırması və Xətai Akvarel Qalereyasının açılışının təqdimat mərasimi keçirildi.


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan  olunmuş  “Can Azərbaycan” Respublika qrafika və akvarel yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırması və Xətai Akvarel Qalereyasını açılışının təqdimat mərasimi 2021-ci il 27 aprel tarixində Xətai Sənət Mərkəzində baş tutdu.

Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi igidlik, azərbaycançılıq məfkurəsi və milli birliyimizin təsvir müstəvisində nümayişi ,həmçinin  akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq və  təsviri sənətin bu istiqamətlərində çalışan rəssamların yaradıcılığında Azərbaycanın tərənnümü məqsədi ilə keçirilən müsabiqəni giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq, tədbir iştirakçılarını salamladı və tədbirin əhəmiyyətindən danışdı. Çıxış edən Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov tədbirə dəstək olan tərəfdaşlara, seçim heyyətinə və tədbirə əsər göndərən hər kəsə təşəkkür etdi. Söz alan İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin köməkçisi Səbinə xanım İskəndərli akvarelin özəlliklərindən danışdı və mükafatlandırma  mərasimi  oldu.

 

 Akvarel sənəti üzrə qaliblər:

I yer – Hafiz Kərimov 

II yer – Fatma Kılıç

III yer – Feyzi Məmmədov 

 

Qrafika sənəti üzrə qaliblər:

I yer – Elmir Məmmədov 

II yer – Günel Quliyeva

III yer – Əbülfəz Fərəcoğlu

 

Həvəsləndirici mükafat 5 yer

Xanlar Əsədullayev 

Gülşən Baxşəliyeva

Naibə Vəliyeva

Zeynəb Yaqubova

Leyla Vazehi

 

 Nəzərinizə çatdırırıq ki,əsəri sərgilənən qrafika və sulu boya rəssamlarımız sertifikatlarını Xətai Sənət Mərkəzindən götürə bilər.

Tədbirin sonunda  qonaqlar yeni yaradılmış Xətai Akvarel Qalereyası ilə tanış oldular.

Tədbir TƏBİB qaydalarına uyğun olaraq keçirildi.

Nəzərinizə  çatdıraq ki, “Can Azərbaycan” müsabiqəsinin yekun sərgisi Azərbaycan Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin online hesablarından izləmək mümkündür.
https://www.facebook.com/ADRQalereya.az/videos/294514242048792
https://www.facebook.com/Xetaisenetmerkezi/videos/2571384193167124
https://www.youtube.com/watch?v=Xm43G6Q3bjU