Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə baş tutmuş “Can Azərbaycan” Respublika qrafika və akvarel yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırması və Xətai Akvarel Qalereyasını açılışının təqdimat mərasimi 2021-ci il 27 aprel tarixində 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcəkdir.

Bildiyiniz kimi artıq “Can Azərbaycan” müsabiqəsinin yekun sərgisi Azərbaycan Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin online hesablarından izləmək mümkündür.

Nəzərinizə çatdırırıq ki,əsəri sərgilənən qrafika və sulu boya rəssamlarımız sertifikatlarını Xətai Sənət Mərkəzindən götürə bilər.

“Can Azərbaycan” müsabiqəsi akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətlərində çalışan rəssamların yaradıcılığında Azərbaycanın tərənnümü, o cümlədən, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi igidlik, azərbaycançılıq məfkurəsi və milli birliyimizin təsvir müstəvisində nümayişi məqsədilə keçirilmişdir.

https://www.facebook.com/ADRQalereya.az/videos/294514242048792
https://www.facebook.com/Xetaisenetmerkezi/videos/2571384193167124