Link: https://xsm.az/site/azadliqasiqlerigunu-20yanvar/

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası  və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə  azadlıq  mübarizəmizin  

parlaq   səhifələrindən   olan   1990-cı   il   20  yanvar  hadisələri zamanı   xalqımızın nümayiş etdirdiyi  əzmi və fədakarlıği bir daha unutdurmamaq məqsədi ilə

“AZADLIQ AŞİQLƏRİ GÜNÜ -20 YANVAR”

Respublika uşaq rəsm müsabiqəsi elan olunur.

Müsabiqədə iştirak etmək üçün www.xsm.az saytında tədbirlər bölümündəki “Azadlıq aşiqləri günü -20 Yanvar” afişasına toxunmaqla və ya  https://xsm.az/site/azadliqasiqlerigunu-20yanvar/  linkinə daxil olub 1 və ya 2 əsərinizin fotosunu daxil etməklə göstərilən anketi doldurmağınız tələb olunur.

 

  • Çəkilmiş əsərlərdə daha çox həmrəylik, əzmkarlıq, vətən sevgisi, azadlıq hisslərinin təsviri kimi səhnələri görmək istərdik.
  • Qeydiyyat 2020-ci il yanvar ayının 7-nədək aparılacaq.

 

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq

Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.