Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi,Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilərəssamlıqistedadına malik olan uşaqlar, yeniyetməvəgənclərin yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzinin təkmilləşdirmək, doğma Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə “AZƏRBAYCANIM” III RESPUBLİKA UŞAQ RƏSM FESTİVALINA start verilir və festival çərçivəsində müsabiqə elan olunur:
Müsabiqədə iştirak etmək üçün21yaşa qədər uşaqlar vəyeniyetmələrin www.xsm.az saytındatədbirlər bölümündəki“Azərbaycanım”afişasına toxunmaqlavə ya http://xsm.az/site/azerbaycanimfestival linkinə daxil olub 1 və ya 2 əsərinizin fotosunu daxil etməklə göstərilən anketi doldurmağınız tələb olunur.


Qeydiyyat 2020-ci il may ayının 2-dək aparılacaq.
 Seçim 3 yaş kateqoriyası üzrə keçiriləcəkvə 3 hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək: 12 yaşa qədər, 12-17 və 17-21 yaş arası
 Ən çox duyğu və düşüncələr ilə işlənmiş əsərləri seçiləcək.
 Seçim zamanı kənar (müəllim,valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək.
 Müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
 Öncə sərgilənməmiş – yeni əsərlər görmək istərdik.
 Festivalda Azərbaycanda yaşayan xarici ölkəvətəndaşları da iştirak edəbilər.
 Unutmayın ki, bu bir məşğuliyyət növüdür!
 May ayının 15-dən sonra əsərləri sərgidə nümayiş olunmaq üçün seçilmiş müəlliflərin siyahısını və tədbirin davamı haqdaəlavəməlumatlarıXətai Sənət Mərkəzinin facebook və instaqram səhifələrindən,həmçinin www.xsm.az saytının elanlar bölümündən izləyə bilərsiniz.
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq vəhər yaş qrupu üzrə 10 nəfər olmaqla, ümumilikdə sərgilərdən seçilən 30 əsərin müəllifi festivala dəvət olunacaq və qaliblər mükafatlandırılacaq.

• Festivalın gündəliyi:
10.00 – Canlı şəkil çəkmək
11:30 – Furşet
12:00 – Milli İncəsənət Muzeyinə ekskursiya
14:00 – Günorta yeməyi
15:30 –Musiqili Mükafatlandırma mərasimi və festivalın bağlanışı

• Mükafatlandırma fondu:
17-21 yaş üçün
• I yer – masa molbert
II yer – 24-lü yağlı boya dəsti +masa üstü molbert
III yer – 24-lü akril dəsti
Həvəsləndirici mükafat 2 nəfər – 12-li sulu boya dəsti
• 12-17 yaş arası
• I yer –malbert
II yer –24-lü akril dəsti
III yer – 24-lü sulu boya dəsti+masa üstü molbert
Həvəsləndirici mükafat 2 nəfər – 12-li quaş dəsti
• 12 yaşa qədər
• I yer –planşetli molbert
II yer –24-lü sulu boya dəsti
III yer –24-lü quaş dəsti
Həvəsləndirici mükafat 2 nəfər – 12-li akril dəsti
• Bağlanış Xətai Sənət Mərkəzində keçiriləcək və festival iştirakçıları əlavə diplomla təltif olunacaq.

Tədbiri dəstəkçisi Hollandiyanın boya markası olan “Royal&Talens” in Art Cration brendidir.

Qeyd: Festivalın gündəliyi “COVİD-19” infeksiyası ilə bağlı tətbiq olunan sosial izoliasiya tədbirləri aradan qaldırılarsa adiqaydada,əks təqdirdəonlayn davam etdiriləcəkdir.
Mətbuat dəstəkçiləri Azərtac,Lider TV,Olaylar,Mədəniyyət qəzeti,Edümap,Eduonline.az,Frame.az,Tanışolaq