Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və  Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində reallaşan “Vətənin tərənnümü” silsiləsindən Qusar etüd plenerinin “Etüddən gəlirəm” adlı sərgi-təqdimatı 17 may 2018-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində keçiridi.

Plener zamanı  36 rəssamın ərsiyə gətirdikləri 80-ə yaxın işi ilə   baş  tutan  sərgi-təqdimatı   Azərbaycan  Dövlət   Rəsm  qalereyasınin   direktoru   Qalib  Qasimov   açaraq   etüd  haqqında   öz  fikirlərini    sərgi  iştirakçıları   ilə  bölüşdü.Bundan  başqa    Xətai  Sənət  Mərkəzinin   direktoru    Zahid  Əvəzov   ,Xalq  rəssamı  Qəyyur  Yunis      və  rəssam  Rəfail   Əlizadə  öz  fikirlərini  bölüşdü.Qeyd  olundu  ki,doğma vətənin gözəllikləri, maddi və mənəvi sərvətlərini öz duyğu, düşüncələrini rəsm əsərlərində əks etdimək bacarıqlarını təkmilləşdirmək, həmçinin rəssamların yaradıcılıq imkanlarını genişləndirmək, yaradıcı şəxslərin təbiətə çıxışını təmin etmək, onların palitrasına təbiətin rənglərini gətirmək və etüdə olan marağı stimullaşdırmaq məqsədi ilə həyata keçirildiyi  qeyd  olundu.Bu  tipli  tədbirlərin  bundan  sonra da   davamli  olacağı  qeyd  olundu