20 dekabr 2018 saat 16:00-da  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı,   Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə  “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “DOĞMA DİYAR”  Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi Xətai Sənət Mərkəzində keçirildi.

Tədbiri  Giriş sözü  ilə  açan   Fəlsəfə və Elmlər Namizədi Sənətşünas Samir Sadiqov açaraq sərginin əhəmiyyətindən danışdı və uşaqlara xoş arzularını dilədi. Bundan başqa, Azərbaycan Rəssamlar İttifaqının katibi Professor Ağaəli İbrahimov, Sənətşünas Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev,  Dövlət  Rəsm  Qalereyasının    direktoru Qalib  Qasımov, Əməkdar rəssam Rəfael Muradov, Rəssam Emin  Akifoğlu, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış etdilər.

12 -17  yaş  arası  uşaqlar   135 uşağın 140 işi     təqdim  olunan  tədbirdə  Uşaqlarda estetik zövqün formalaşması, onların bədii yaradıcılığının    stimullaşdırılması, ətraf mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsi, vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə  keçirilən müsabiqədə  uşaqlar yaşadığı yerin (şəhərin, rayonun, kəndin) təbiət mənzərələrini, tarixi abidələrini,mətbəx nümunələrini, səciyyəvi geyim tərzini, qəhramanlarının  obrazlarını  və s. öz  duyğuları  ilə  tablolarında  əks  etdirmişlər

Sərgilənən işlərin müəllifləri diplomla,  fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olundular  Həmçinin sərgidə ayrı-ayrı təşkilatların  müxtəlif nominasiyalar üzrə diplomları təqdim olundu

Müsabiqədə Bakı və Bakı ətrafı qəsəbələrdən, həmçinin, Gəncə, Sumqayıt, Qax, Mingeçevir, Masallı, Göyçay, Lənkəran, Goranboy, Quba, Sabunçu, Salyan, Şəki, Balakən bölgələrin məktəbliləri, o cümlədən

1 Nömrəlı UGİM Təsviri Sənət Qalereyası, 3 Nömrəli UİM, 4 Nömrəli UİM, 5 Nömrəlı UİM, AN Tədris Mərkəzi, Art School By Rufane, Avropa Azərbaycan Məktəbi, Bileyen Tədris Mərkəzi, Ceyranbatan UİM, Gəncə şəhər UİM, Goranboy şəhər UİM, Göyərçın Rəsm Kursları, H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzi rəsm Kursu, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, İncilər Tədris Mərkəzi, Kövsər Tədris Mərkəzi,

Lənkəran şəhər Uşaq Rəssamlıq məktəbi, Masallı r. Onbirillik İncəsənət Məktəbi Rəssamlıq Şöbəsi, Mələk Art Studiya, Mingəçevir şəhər UGİM, Modern English Tədris Mərkəzi, Nigart Studiya, Nizami Gəncəvi adına Kitabxana Kulubu, Nur Art Studiya

Pozitiv Kids Studio, Qax Rayon UGİM , Qax şəhər Heydər Əliyev Mərkəzi rəsm kursu

Quba UGİM, Respublika UGİM, Salyan Rayon Heydər Əliyev Mərkəzi, Şəki şəhər UİM, Solnişko Mərkəzi, Sumqayıt şəhər Ə. Bakıxanov Adına UİM, Vəfa Art Studiya, Xətai Rayon Mədəniyyət Mərkəzi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, Zəngin Tədris Mərkəzi, Zığ Qəsəbəsi Mədəniyyət Evinin Rəssamlıq kursu və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər.